- Köhnə - Dünya
- 11 Fevral 2015 11:46
- 6 653
Ukraynadan yeni döyüş xəbərləri – Minskdə bu ölkənin taleyi həll edilir
Ukraynanın Donetsk şəhərində mərminin avtobus dayanacağına düşməsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Mərminin səhər saat 8.00 radələrində atıldığı və "Mərkəz" avto dayanacağına düşdüyü deyilir. Nəticədə 2 avtobusa, yaxınlıqdakı supermarketə və avto dayanacağa ciddi ziyan dəyib.
Bu arada Ukrayna silahlı qüvvələrinin Baş qərargahı bildirib ki, Donetsk vilayətinin Debalçevo yaxınlığında gedən döyüşlərdə 19 Ukrayna hərbçisi öldürülüb, 79 hərbçinin isə yaralandığı deyilir.
Bu faktı Baş qərargahın rəsmi nümayəndəsi Vladislav Seleznev təsdiq edib.
Donbas rayonunda hazırda vəziyyətin çox kritik olduğu açıqlanıb.
Ukrayna ordusunun Donetsk şəhərinə hücum edəcəyi də bəlli olub. Bunun üçün Donetsk yaxınlığına Ukraynanın 4 batalyonu gətirilib.
Bu gün isə Belarusun paytaxtı Minsk şəhərində Ukraynanın taleyi həll olunacaq.
Görüşdə Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin görüşü nəzərdə tutulub.