- Köhnə - Dünya
- 12 Fevral 2015 15:57
- 4 804
ŞOK: Minsk danışığı zamanı 50 rus tankı Ukraynaya girdi
Belarusun paytaxtı Minsk şəhərində Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin keçirdiyi görüş zamanı 50 rus tankı və artileriya qurğuları Ukrayna ərazisinə daxil olub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Luqanski radar" saytı yayıb.
"Fevralın 12-nə keçən gecə "İzvarino" yaşayış məntəqəsində Rusiyanın 50 tankı, 40-a yaxın raket sistemləri və çoxlu sayda BTR-ləri Ukrayna ərazisinə keçib", - deyə Anti Terror Təşkilatının sözçüsü Andrey Lısenko vurğulayıb.

Qeyd edək ki, rus tanklarının və artilleriya qurğularının Ukraynaya daxil olması faktı rəsmi Kreml təərfindən həmişə inkar edilib.