Moskvada 33 yaşlı iş adamının 300 min dollarını valyuta dəyişmə məntəqəsinin əməkdaşı oğurlayıb. Moskvada 33 yaşlı iş adamının 300 min dollarını valyuta dəyişmə məntəqəsinin əməkdaşı oğurlayıb.

İş adamının 300 min dollarını oğurladılar

Moskvada 33 yaşlı iş adamının 300 min dollarını valyuta dəyişmə məntəqəsinin əməkdaşı oğurlayıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.

Hadisə paytaxtın Sülh ("Mir") prospektində yerləşən 181 nömrəli evin 1-ci mərtəbəsində fəaliyyət göstərən valyuta dəyişmə məntəqəsində qeydə alınıb.

Məlumatda deyilir ki, iş adamı 20 milyon rus rublunu ABŞ dollarına dəyişmək üçün valyuta dəyişmə məntəqəsinə gedib. O, pulu kassirə verib. Kassir isə rus rublunu dəyişmək üçün arxa otağa keçib. 15 dəqiqə keçdikdən sonra iş adamı şübhələnib və bu haqda polisə zəng edib.

Hazırda polis iş adamını soyan dələduzu axtarır.