- Köhnə - Dünya
- 17 Fevral 2015 08:49
- 4 154
Neft qatarı relsdən çıxdı, yanğın oldu – VİDEO
ABŞ-ın Çarlston şəhərinin 50 kilometr cənub-şərqində neft daşıyan qatar relsdən çıxıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Associated Press" agentliyi yayıb.
Məlumatda deyilir ki, qəza zamanı iki sistern Kanova çayına düşüb, 14-ü isə yanmağa başlayıb. Nəticədə yaxınlıqda olan evdə də yanğın olub.
Bu olaya görə Qərbi Virciniyanın 2 şəhərində (Adena-Villic və Bumer-Bottom) yaşayan əhali evakuasiya edilib.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Yanğının indiyədək söndürülmədiyi bildirilir.
Qəzanın səbəbləri haqda dəqiq bilgi verilmir.