- Köhnə - Dünya
- 17 Fevral 2015 20:39
- 4 279
İŞİD silahlıları 45 nəfəri diri-diri yandırdı
İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Əl Bağdadi şəhərində 45 nəfəri diri-diri yandırıb.
APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis rəisi polkovnik Qasım Obeydi bildirib.
Öldürülən şəxslərin kimliyi və kütləvi qətlin səbəbi hələlik məlum deyil. Polis rəisi qurbanların İraq təhlükəsizlik orqanlarının əməkdaşları olduğunu ehtimal edir.