Separatçılar əsir düşən Ukrayna hərbçilərinə işgəncə verir. Separatçılar əsir düşən Ukrayna hərbçilərinə işgəncə verir.

Separatçılar Ukrayna hərbçilərinə işgəncə verir - VİDEO

Separatçılar əsir düşən Ukrayna hərbçilərinə işgəncə verir.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "bigmir" saytı "Amnesty International" şirkətinə istinadən yayıb.

Bu işgəncə faktı dünən ələ keçirilən Debalçevo şəhərində qeydə alınıb. Məlumatda deyilir ki, separatçılar əsir düşən hərbçilərin hüquqlarını pozurlar.

"Bizim əlimizdə dəlillər var. Separatçılar əsirlərə işgəncə verərək müharibənin qanunlarını pozurlar", - deyə "Amnesty International" şirkətinin Avropa və Mərkəzi Asiya proqramı üzrə direktor müavini Deniz Krivoşeyev bildirib.

O, separatçılara üz tutaraq Cenevrə konvensiyasına riayət olunmasını tələb edib.
Ukrayna silahlı qüvvələrinin Baş qərargahı da hərbçilərin əsir düşməsini təsdiq edib.

Xatırladaq ki, separatçılar fevralın 17-də Debalçevo şəhərinin əsas hissəsini ələ keçirib və Ukrayna hərbçilərini əsir götürüb.