- Köhnə - Dünya
- 19 Fevral 2015 11:38
- 3 801
Çılpaq kişi ABŞ səfirliyinə daxil olmaq istədi – Moskvada
Rusiyanın paytaxtı Moskva şəhərində çılpaq bir kişi ABŞ-ın bu ölkədəki səfirliyinin binasına daxil olmaq istəyib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İnterfaks" agentliyi yayıb.
Məlumatda deyilir ki, hadisə dünən saat 21.30 radələrində baş verib.
Bir kişi çılpaq soyunaraq ABŞ-ın Novinsk bulvarında yerləşən səfirliyinin hasarına dırmaşmaq istəyib.
Tutulan şəxs polislərə deyib ki, o, təqib edildiyindən səfirliyin ərazisinə daxil olmaq fikrinə düşüb.
Polislər heç bir sənədi olmayan kişini ruhi-əsəb klinikasına göndərib.