- Köhnə - Dünya
- 20 Fevral 2015 08:14
- 3 948
Hyustonun qızı komadan çıxır
ABŞ-ın məşhur müğənnisi Uitni Hyustonun qızı Bobbi Kristina Braun koma vəziyyətindən çıxmağa başlayıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.
Məlumatda deyilir ki, həkimlər ona verdiyi dərmanların da sayını azaldıb.
Bobbi ötən ilin son günündə vannada huşsuz vəziyyətdə tapılıb. Beyninə nəfəs getmədiyindən həkimlər ona süni aparat qoşublar.
