- Köhnə - Dünya
- 21 Fevral 2015 11:08
- 2 585
ABŞ-da 23 nəfər soyuqdan öldü
ABŞ-ı cənginə alan soyuqlar 23 nəfərin həyatına son qoyub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Məlumata görə, ən çox ölüm faktı Tennessi ştatında qeydə alınıb. Ölümə səbəb kimi təkcə şaxtaların düşməsi göstərilmir. Yolların buz bağlaması da ağır yol qəzaları ilə nəticələnib.
Tennesi ştatında 3 minə yaxın insanın evində işıqlar kəsilib.
Ən soyuq şaxta daha çox Nyu-York, Vaşinqton, Filadelfiya və Pittsburqda olub.
Meteoroloqların proqnozuna görə, şaxtalar hələ həftənin sonunadək davam edəcək.