ABŞ-da dini ekstremizmə qarşı apardığı mübarizəylə tanınan banqladeşli ateist yazıçı parça-parça edilərək öldürülüb. ABŞ-da dini ekstremizmə qarşı apardığı mübarizəylə tanınan banqladeşli ateist yazıçı parça-parça edilərək öldürülüb.

Banqladeşli ateist yazıçı parçalanaraq öldürüldü

ABŞ-da dini ekstremizmə qarşı apardığı mübarizəylə tanınan banqladeşli ateist yazıçı parça-parça edilərək öldürülüb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Türkiyənin "radikal" saytı yayıb.

ABŞ-da yaşayan və bu ölkənin vətəndaşı olan Avijit Roy həyat yoldaşı ilə birlikdə bir kitab sərgisində iştirak etmək üçün getdiyi Banqladeşin paytaxtı Dakkada hücuma məruz qalıb.

BBC-nin xəbərinə görə, hücum edənlər Royun həyat yoldaşı Rafida Əhmədi də ağır yaralayıb.


Polis hələ ki, təcavüzkarların kimliyi ilə bağlı açıqlama verməyib, ancaq Royun dünyəviliyi müdafiə edən yazılarına görə təhdid edildiyi bildirilir.

Yerli polis rəisi Sirajul İslam "Hücumda bir neçə nəfər iştirak edib və onlardan ən azından ikisi Roy ilə xanımına birbaşa hücum edib" sözlərini deyib.

160 milyon əhalisi olan Banqladeşdə daha əvvəl də bənzər hücumlar olub, polis bu hücumların arxasında fanatik dindarların olduğunu söyləyib.

2013-cü ildə də öz bloqunda dini ekstremizmə qarşı yazılar yazan Əhməd Rajib Heydər Dakkadakı evi yaxınlığında sui-qəsdə məruz qalıb.

2004-cü ildə isə kitab sərgisində iştirak edən yazıçı Hümayun Azad evinə qayıdarkən məruz qaldığı hücumda ağır yaralanıb.