- Köhnə - Dünya
- 28 Fevral 2015 12:56
- 4 119
Sabiq deputat özünü 17 mərtəbədən atdı
Ukrayna Ali Radasının sabiq deputatı Mixail Çeçetov özünü yaşadığı evin 17-ci mərtəbəsindən yerə atıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.
İntihardan öncə o, evdə qeydlər yazıb.
"Gecə saat 02.00 radələrində onun həyat yoldaşı sabiq deputatın kabinetində masanın üstündə qeyd yazısı görüb. Orda belə yazılıb: "Daha dözmək üçün mənəvi gücüm yoxdur. Xahiş edirəm, məni anlayın və bağışlayın". Bu sözləri yazdıqdan sonra o, intihar etmək qərarına gəlib", - deyə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Regionlar Partiyasından deputat seçilən Mixail Çeçetov haqda Peçersk rayon məhkəməsi bir müddət öncə cinayət işi açıb. O, 5 milyon qriven girov qoyduqdan sonra azadlığa çıxıb. Ancaq Ukraynanın Baş prokuroru Viktor Şokin deyib ki, Çeçetov haqda yeni ittihamlar irəli sürülüb.
