- Köhnə - Dünya
- 28 Fevral 2015 13:56
- 4 709
Boris Nemtsov Moskvada dəfn ediləcək – VİDEO
“Boris Nemtsov Moskva şəhərində dəfn ediləcək, ancaq onun hansı qəbristanlıqda torpağa tapşırılacağı haqda qohumları qərar verməyib”.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Boris Nemtsovun sabiq mətbuat katibi və dostu Aleksandr Kotyusov yayıb.
Müxalifət lideri Aleksey Navalnı da özünün Facebook səhifəsində Nemtsovun ölümündən bərk kədərləndiyini yazıb və əlavə edib ki, yəqin ki, ona dəfn mərasimində iştirak etməyə icazə verəcəklər: "Bu, bizim üçün böyük faciədir. O, çox yaxşı insan və böyük siyasətçi idi. Onun yaxınlarına, dostlarına, ümumilikdə hamıya başsağlığı verirəm".
