Amerikanın Hyuston şəhərində 3 yaşlı oğlan valideynlərinin tapançası ilə təsadüfən öz başına atəş açıb. Amerikanın Hyuston şəhərində 3 yaşlı oğlan valideynlərinin tapançası ilə təsadüfən öz başına atəş açıb.

3 yaşlı oğlan özünü başından güllələdi

Amerikanın Hyuston şəhərində 3 yaşlı oğlan valideynlərinin tapançası ilə təsadüfən öz başına atəş açıb.



ANS PRESS-in məlumatına görə, uşağı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faciə 28 fevralda şəxsi evlərin birində baş verib. Polisin məlumatına görə, hadisə zamanı evdə oğlanın anası və qardaşı olub.

Qadın evin digər hissəsində olarkən atəş səsi eşidib və uşağın otağına qaçıb. Lakin artıq gec olub.

Polis hazırda oğlanın tapançanı necə əldə etdiyini araşdırır.

Hələlik faktla bağlı heç kimə qarşı cinayət işi açılmayıb.