- Köhnə - Dünya
- 2 Mart 2015 09:25
- 2 916
Dağıstanda polisləri atəşə tutdular – 1 ölü
Dağıstanın Babayurt rayonunda polislər atəşə tutulub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
Hadisə səhər 5.30 radələrində Hamamyurt kəndi yaxınlığında baş verib. Naməlum şəxs Yol Polis Xidmətinin avtomobilinə atəş açıb. Nəticədə cavab atəşilə hücum edən şəxs öldürülüb.
Polislər arasında zərər çəkən olmayıb.