Con Kerri ilə Sergey Lavrov görüşür – SƏBƏB

ABŞ-ın Dövlət Katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda İsveçrənin Cenevrə şəhərində görüş keçirir.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "RİA Novosti" agentliyi yayıb.

Məlumatda deyilir ki, diplomatlar görüşdə Ukrayna münaqişəsini müzakirə edirlər.
Tərəflərin söhbətində əsas predmet Minks razılaşmasının maddələrinin necə həyata keçirilməsi olub.


Görüşün bağlı qapılar arxasında keçirildiyi bildirilir.

Son anda verilən xəbərə görə, Kerri Lavrova deyib ki, müxalifət lideri Boris Nemstsovun öldürülməsi faktı araşdırılmalıdır.