“Qatil arxada idi” – Boris Nemtsovun sevgilisi danışdı

Rusiya müxalifət lideri Boris Nemtsovun qətlinin şahidi ukraynalı fotomodel Anna Duritskaya hadisə ilə bağlı açıqlama verib.


AzNews.az Gazeta.ru-ya istinadən xəbər verir ki, model "Dojd" telekanalına müsahibə verərək Nemtsovun arxadan vurulduğunu deyib.

Şahid açıqlamasında qatilin arxada olduğunu əsas gətirərək, onu görmədiyini deyib.
"Mən çevriləndə açıq rəngdə bir avtomobil gördüm. Üzüm əks tərəfə olduğundan bilmədim ki, hansı tərəfdən gəldi".

Duritskayanın sözlərinə görə, o, qartəmizləyən maşının sürücüsündən polisə zəng etməyi xahiş edib.

"Polis hadisə yerinə təxminən 10 dəqiqədən sonra gəldi. Bundan sonra məni polis bölməsinə apardılar. Səhərə kimi sorğu-sual etdilər", - deyə fotomodel əlavə edib.

Duritskaya telefonundakı bütün informasiyaların polis tərəfindən götürüldüyünü və hadisənin qısqanclıq zəminində baş vermədiyini dilə gətirib.

Qeyd edək ki, 55 yaşlı müxalifətçi Boris Nemtsov fevralın 28-də Moskvada qətlə yetirilib.