Oğlunun ətin anasına yedirdi- FOTO

Hər gün qandonduran xəbərlərlə gündəmə gələn İŞİD terrorçu qruplaşması yenidən dəhşət saçıb.



ANS PRESS-in məlumatına görə, İŞİD bu dəfə oğlunu axtarmaq üçün qruplaşmanın qərargahına gedən anaya oğlunun əti yedirdilib.

Kürd əsilli Britaniya vətəndaşı 36 yaşlı Abdulla Sun qəzetinə müsahibəsi zamanı belə bir açıqlama verib.

"İŞİD tərəfindən Mosulda əsir götürülən oğlunu xilas etmək üçün İŞİD-in qərargahına gələn ana çox yorğun idi. Terrorçular hər kəsi təəccübləndirən hərəkət etdilər. Qadını xoş qarşıladılar. Ona aş, şorba və ət yeməyi verdilər. Daha sonra qadın terrorçulardan oğlunun harada olduğunu soruşub. Cavab isə belə olub: "Bir az əvvəl oğlunun ətini yedin", - deyə Abdulla bildirib.

Bu xəbəri eşidəndən sonra Abdulla keçən il Peşmərgə tərəfinə keçib və İŞİD-ə qarşı döyüşüb.