Avtobus dərəyə düşdü: 20 artist öldü

Çində avtobus dərəyə düşüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Sinxua" agentliyi yayıb.

Məlumatda deyilir ki, hadisə Xenan əyalətinin Linçjou şəhərində qeydə alınıb.
Qəza nəticəsində 20 nəfər ölüb, 13 nəfər isə ağır yaralanıb.

İcarəyə götürülən avtobusda yerli opera teatrının artistləri olub.


Qeyd edək ki, anoloji hadisə ötən iln dekabrında Braziliyada baş verib. Həmin vaxt dərəyə uçan avtobusda 8 nəfər ölüb, 23 nəfər isə yaralanmışdı.