Putinin yaxın qohumuna vəzifə verildi

Rusiya prezidenti Vladimir Putinin əmisi nəvəsi Roman Putinə vəzifə verilib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "vedomosti" saytı yayıb.

Məlumata görə, Roman Putin Mikromaliyyə Korporasiyaları Birliyində direktorlar şurasına daxil edilib.

Adı çəkilən şirkətin iş adamları Pavel Siqal və Aleksey Lebedev tərədindən yaradıldığı deyilir.

Roman Putin mediaya bu faktı təsdiq edib: "Məni bu təşkilatın direktorlar şurasına dəvət etdilər, mən də razılaşdım. Biz öz fəaliyyətimizdə biznesin müdafiəsi və yeni investisiyaların axtarışı ilə məşğul olacağıq. Əsas məqsədimiz ölkə biznesinə kömək etməkdir".