36 uşaqlı ailə

ABŞ-da Pol və Coan Briqs cütlüyünün 36 övladı var. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, onlardan yalnız beşi cütlüyün bioloji uşağıdır.


Qalan 31 uşaq isə övladlığa götürülüb. Həmin uşaqlar arasında Rusiya, Ukrayna, Meksika və Afrikadan olanlar da var.

Ailənin övladları arasında ən yaşlısının 35 yaşı var. Cütlük ilk uşağı övladlığa 29 il əvvəl götürüb. Pol və Coan 38 il evli olsalar da, 43 ildir birlikdədirlər.

Cütlüyün evində 9 yataq otağı, həyətdə üzmək üçün iki hovuz var.

Birqs ailəsi hər həftə supermarketə gedərək 12-14 ədəd çörək, 37 litr süd, 27 kiloqram alma, 9 kiloqram kartof alır. Ailə bir ildə yeməyə 63 500 dollar xərcləyir.

Cütlük ailə üzvlərinin sayını artırmaq barədə düşünür.