Putin Nemtsovun qətlindən danışdı - VİDEO

“Rusiya belə faciələrdən və biabırçılıqdan yaxa qurtarmalıdır”.



AZNEWS.AZ xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Boris Nemtsovun qətlinə münasibət bildirərkən deyib.

Rusiya Daxili İşlər Nazirliyinin geniş iclasında çıxış edən prezident siyasətçi Boris Nemtsovun ölümünü qəddarcasına törədilən qətl adlandırıb: "Son dövrlər ekstremizmlə bağlı cinayətlərin sayı xeyli çoxalıb. Ekstremizm cəmiyyətin nüvəsini zəhərləyir. Bu da milliyətçiliyə, dözümsüzlüyə və güc tətbiq edilməsinə gətirib çıxarır. Buna misal üçün qonşu Ukraynanın adı çəkə bilərəm. Ölkədə böyük rezonans doğuran qətllərin, siyasi motivli olayların baş verməməsi üçün lazımı işlər görülməlidir".