ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippertə Seul şəhərində hücum ediblər. ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippertə Seul şəhərində hücum ediblər.

ABŞ səfirini yaraladılar – VİDEO + FOTOLAR

ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippertə Seul şəhərində hücum ediblər.


AZNEWS.AZ xəbər verir ki, nəticədə səfir ciddi yaralanıb.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Harf bu faktı təsdiq edərək bildirib ki, səfir toplantıda çıxış edərkən hücuma məruz qalıb.

"Bu zorakılıq aktını güclü pisləyirik" sözlərini deyən Harf yerli bir xəstəxanada müalicə altına alınan Lippertin həyatının təhlükədə olmadığını qeyd edib.

Harf əlavə edib ki, hücumla bağlı səfirlik binasının təhlükəsizliyi daha da möhkəmləndirilib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan da vurğulayıb ki, ABŞ prezidenti Barak Obama Lipperti arayaraq ona "keçmiş olsun" deyib.

Cənubi Koreyanın YTN televiziyası səfir Lippertin hücumdan sonra qanlar içində başını tutduğu fotosunu yayımlayıb.



Lippertə əlindəki ülgüclə hücum etdiyi deyilən və kimliyi açıqlanmayan təcavüzkarın həbs olunduğu bildirilir.