Cənubi Koreya prezidenti Pak Kın Xe ABŞ-ın bu ölkədəki səfiri Mark Lippertin yaralanması olayına münasibət bildirib. Cənubi Koreya prezidenti Pak Kın Xe ABŞ-ın bu ölkədəki səfiri Mark Lippertin yaralanması olayına münasibət bildirib.

Cənubi Koreya prezidentindən ABŞ səfiri ilə bağlı açıqlama

Cənubi Koreya prezidenti Pak Kın Xe ABŞ-ın bu ölkədəki səfiri Mark Lippertin yaralanması olayına münasibət bildirib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "France-Presse" agentliyi yayıb.

Pak Kın Xenin sözlərinə görə, səfirə edilən hücumla heç kəs rəsmi Seul və Vaşinqton arasındakı hərbi alyansı dağıda bilməz:
"Bu, adi bir hadisə deyil. Kimsə bunu etməklə ABŞ və Cənubi Koreya arasındakı münasibətləri bilərəkdən korlamaq istəyib".

Qeyd edək ki, ABŞ səfiri Mark Lippertə hücum Seul şəhərində keçirilən bir toplantıda reallaşıb.

Adı açıqlanmayan bir nəfər ülgüclə səfirə xəsarət yetirib.

O, hücum zamanı deyib ki, Cənubi Koreya ilə Şimali Koreya birləşdirilməlidir.