Kirkorov: “Mən erməni olduğumu deyə bilmərəm”

Rusiyanın məşhur estrada müğənnisi Filipp Kirkorov “Ekspress qazeta”ya verdiyi müsahibəsi zamanı maraqlı açıqlamalar verib.



AZNEWS.AZ xəbər verir ki, o, mənşəcə erməni olduğu haqda verilən suala "Mən bolqaram" cavabını verib.

"Mən erməni olduğumu deyə bilmərəm, çünki uzun müddətdir ki, məni bolqar kimi tanıyıblar. İndi "Mən erməniyəm" desəm, insanlar mənə nə deyər", - deyə Kirkorov bildirib.

Qeyd edək ki, Filipp Kirkorov Bolqarıstanda anadan olub. Onun atası Kirkoryan soyadlı erməni, anası isə yəhudidir.

Onun bolqar milləti arasında heç bir qohumunun olmadığı deyilir.