Ərdoğanın yeməyində zəhər axtarırlar – ABŞ mediası

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ona verilən yeməyin tərkibi yoxlanıldıqdan sonra yemək yeyir.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The New York Times" saytı yayıb.

Məlumatda deyilir ki, prezidentə verilən yeməklər xüsusi laboratoriyada yoxlanılır. Onun tərkibində əsasən zəhərin olub-olmadığı müəyyənləşdirilir.

Bu fakt prezidentin həkimi Sevdet Erdol tərəfindən təsdiq edilib: "Biz bilirik ki, müasir dünyada insanları birbaşa öldürmürlər, gizli şəkildə yeməklərinə zəhər qatırlar. Prezident sarayında 5 ekspert 14 saat ərzində Ərdoğana verilən yeməkləri testdən keçirmək üçün növbə çəkirlər. Yalnız onların rəyindən sonra yeməyin yeyilməsinə icazə verilir".