“Prezident seçkilərində iştirak etmək üçün məndən xahiş etdilər, ancaq səmimi deyirəm, başqa şəxsi planlarım var idi”. “Prezident seçkilərində iştirak etmək üçün məndən xahiş etdilər, ancaq səmimi deyirəm, başqa şəxsi planlarım var idi”.

“Məndən xahiş etdilər”– Nazarbayevin seçki etirafı

“Prezident seçkilərində iştirak etmək üçün məndən xahiş etdilər, ancaq səmimi deyirəm, başqa şəxsi planlarım var idi”.



AZNEWS.AZ xəbər verir ki, bu sözləru Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

"Aprel ayının 26-da keçiriləcək prezident seçkilərində iştirak etmək üçün mənə minlərlə insan məktub yazıb. İndi seçki kampaniyası ərəfəsidir. Mənim prezident olmaq ideyamı ən çox qadınlar dəstəkləyir. Mən Qazaxıstana rəhbərlik edirəm. Bəlkə dekorasiyanı dəyişməyin vaxtı yetişib? Sinqapurun başçısı Li Kuan Yu vəzifəsindən gedəndə ondan bunun səbəbini soruşdular. O isə "31 ildir ki, bu ölkənin başçısıyam. Son dövrlər televiziya ekranlarında özümü görəndə özümdən xoşum gəlmir" cavabını verib. İndi xalqın istək və arzusu eyni olmalıdır. Bu baxımdan sizinlə məsləhətləşməyə dəyər", - deyə Nazarbayev əlavə edib.

Qeyd edək ki, fevral ayının 26-də Qazaxıstan Mərkəzi Seçki Komissiyasının qərarı ilə aprel ayının 26-da ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək.