Hollivud aktyoru Harrison Fordun ABŞ-da təyyarə qəzasına düşməsinin səbəbləri açıqlanıb. Hollivud aktyoru Harrison Fordun ABŞ-da təyyarə qəzasına düşməsinin səbəbləri açıqlanıb.

Harrison Fordun təyyarə qəzasının detalları açıqlandı - VİDEO

Hollivud aktyoru Harrison Fordun ABŞ-da təyyarə qəzasına düşməsinin səbəbləri açıqlanıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.
Qəzaya səbəb kimi mühərrikin anidən dayanması göstərilir.

72 yaşlı Fordun idarə etdiyi kiçik mühərrikli təyyarə qolf meydançasına çırpılıb. Nəticədə o, başından ciddi xəsarət alıb.

Aktyor Los Anceles xəstəxanalarının birində əməliyyat edilib. Qəza nəticəsində "İndiana Cons"un başının zədələnməsi ilə yanaşı qolu da sınıb. Həkimlər onun həyatı üçün heç bir təhlükənin olmadığını deyib.

Harrison Fordun dünən axşam saatlarında düşdüyü təyyarə qəzasının digər detalları isə daha maraqlıdır. İnsident zamanı meydançada qolf oynayan iki nəfər ixtisasca həkim olub. Qəzadan dərhal sonra Forda ilkin tibbi yardımı da məhz onlar göstəriblər.

Ekspertlər bu təsadüfi möcüzə adlandırıblar. Bildiriblər ki, ilkin tibbi yardım olmasaydı, pilot hadisə yerindəcə keçinə bilərdi.

Qeyd edək ki, təyyarə sürmək üçün Harrison Fordun pilot lisenziyası var və o, çoxsaylı uçuşlar həyata keçirib.
Bu, aktyorun düşdüyü ilk qəza hesab edilmir.