İŞİD qədim Hatra şəhərini məhv edib

İŞİD terror qruplaşmasının silahlıları İraqın şimalında iki min il tarixi olan qədim Hatra şəhərini məhv ediblər.

APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Turizm və Tarixi abidələr Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, silahlılar tarixi abidələrin dağıdılmasında ağır texnikadan istifadə edib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının silahlıları bundan əvvəl İraq ərazisində yerləşən qədim Assuriya şəhəri Nimrudun qalıqlarını məhv ediblər.

İŞİD bundan əvvəl Mosulda nadir tarixi abidələri məhv edib və.