“İslam dövləti”nin neft satdığı ölkənin adı açıqlanıb. “İslam dövləti”nin neft satdığı ölkənin adı açıqlanıb.

İŞİD-in neft satdığı ölkənin adı açıqlandı

“İslam dövləti”nin neft satdığı ölkənin adı açıqlanıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumat Avropa İttifaqı Komissiyasının hazırladığı hesabatda yer alıb.

Hesabata görə, İŞİD nefti Suriya prezidenti Bəşər Əsəd rejimi tərəfindən alınır. Alqı-satqı əməliyyatını həyata keçirən şəxsin də adı bəlli olub.

Bu, Bəşər Əsədə yaxınlığı ilə seçilən suriyalı iş adamı Corc Hasvanidir.
O, İŞİD-in çıxardığı nefti Dəməşqə satdığı üçün Avropa İttifaqı tərəfindən qara siyahıya alınıb.

Onun Avropadakı bütün hesablarının dondurulduğu deyilir.
Hesabatın dərc olunmasından sonra isə bir açıqlama verən Hasvani iddianı rədd edərək Türkiyəni günahlandırıb. O, İŞİD-dən alınan neftin vasitəçilərin köməyilə Suriyaya deyil, Türkiyəyə satıldığını iddia edib.