Qahirədə Ərəb Liqasının iclasında qurumun baş katibi Nabil Əl Ərəbi Vahid Ərəb Ordusu yaratmağa çağırıb. Qahirədə Ərəb Liqasının iclasında qurumun baş katibi Nabil Əl Ərəbi Vahid Ərəb Ordusu yaratmağa çağırıb.

İŞİD-i bu ordu məhv edəcək

Qahirədə Ərəb Liqasının iclasında qurumun baş katibi Nabil Əl Ərəbi Vahid Ərəb Ordusu yaratmağa çağırıb.



ANS PRESS-in məlumatına görə, iclasda Yəməndə və Liviyada İŞİD-lə bağlı qruplaşmaların fəallaşması xarici işlər nazirlərinin əsas müzakirə obyekti olub.

Bu baxımdan Əl-Ərəbi terrora və terrorçu qruplaşmaların fəaliyyətinə qarşı mübarizə aparacaq geniş-funksiyalı Ərəb-çevik qüvvələrinin yaradılmasının vacibliyini qeyd edib.

Müəmmər Qəddafi hakimiyyətinin devrilməsindən sonra, Liviyada hərc-mərclik hökm sürür, ölkənin ayrı-ayrı bölgələrini 2 müxtəlif hökümət idarə edir, eyni zamanda silahlılar bir sıra əyalətləri ələ keçirib. Tripoli ötən yay İŞİD-in idarəçiliyinə keçdiyindən beynəlxalq ictimaiyyətin tanıdığı Liviya höküməti ölkənin şərqində yerləşməli olub.

Oxşar vəziyyət Yəməndə müşahidə olunur. Ərəb baharından sonra davam edən böhran Yəmənin parçalanması və ölkədə məzhəblərarası müharibə təhlükəsi yaranıb.