Baş nazirin oğlu “qanuni oğru” ilə görüşdü

Ermənistanın baş naziri Ovik Abramyanın oğlu Arqam Gümrüdən olan “qanuni oğru” “Zap” ləqəbli Andranik Soqoyanla görüşüb.


Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda ətraflı məlumatı olan mənbə Armtimes.com nəşrinə istinadən xəbər yayıb.

Məlumatda qeyd edilir ki, baş nazirin oğlu ilə "qanuni oğru" arasındakı görüş martın 6-da "Natsional" otelində baş tutub. Bir neçə kriminal avtoritetin də iştirak etdiyi görüşdə kriminal aləmdə baş verən son hadisələr müzakirə olunduğu bildirilir.