ABŞ-da polislərə atəş açdılar

ABŞ-ın Ferqyusyon şəhərində etirazçılarla polislər arasında qarşıdurma davam edir.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "The Daily News" nəşri yayıb.

Qarşıdurma zamanı etirazçıların 2 polis əməkdaşına atəş açdığı haqda da xəbər yayılıb. Olay zamanı bir polis əməkdaşı üzündən yaralanıb.

Bir gün öncə isə Ferqyuson şəhərinin polis rəisi Tomas Cekson istefa verib.


Qeyd edək ki, Ferqyusonda etirazlar ötən il avqust ayının 9-dan başlayıb. Həmin gün polis əməkdaşı Darren Uilson 18 yaşlı qaradərili yeniyetmə Maykl Braunu öldürüb.

Noyabr ayının 24-də isə keçirilən məhkəmədə polis zabitinin günahsız olduğu qərarı verilib. Elə həmin ayın sonunda qətli törədən polis istefa ərizəsi yazıb.