Bu gün səhər Rusiyanın “Novaya qazeta” nəşrində jurnalist Kirill Martınovun imzası ilə “Putin yaşayır, siz ölübsünüz” köşəsi dərc edilib. Bu gün səhər Rusiyanın “Novaya qazeta” nəşrində jurnalist Kirill Martınovun imzası ilə “Putin yaşayır, siz ölübsünüz” köşəsi dərc edilib.

“Putinin ölümü ilə sevinməyək” – “Novaya qazeta”

Bu gün səhər Rusiyanın “Novaya qazeta” nəşrində jurnalist Kirill Martınovun imzası ilə “Putin yaşayır, siz ölübsünüz” köşəsi dərc edilib.


AZNEWS.AZ xəbər verir ki, müəllif məqalədə "Guya son günlər Rusiya prezidenti Vladimir Putin xəstələnib və bu üzdən rəsmi səfərləri təxirə salıb" fikirlərinə aydınlıq gətirmək istəyib:
"İndi Rusiyanın sosial şəbəkələri şirin iflic vəziyyətinə gəlib. Bəziləri yazır ki, Kremlin üzərində vertolyotlar uçur. Guya İqor İvanoviç istefaya gedib. Dmitri Anatolyeviç hüzn səviyyəsinə çatıb. Və guya Sergey Borisoviçin başçılığı ilə yeni hökumət yaranır. Bütün bunlar hərbi xuntanın nəticəsidir. Situasiya ciddidir. Xarici jurnalistlər bəzi suallara cavab tapmağa çalışır. Bu yaxınlarda Brejnevin dövründə olduğu kimi zavodlarda hüzn səsləri eşidiləcək. Putini 1 həftədir ki, heç kəs görməyib. Putin artıq yoxdur.

Twitter-də isə bəziləri gülməli meyit kollajları paylaşırlar. Yazırlar ki, guya əsil həyat Putin öləndən sonra olacaq. Dünya yeni rənglərə boyanacaq. Demokratiya hər kəsin evinə gələcək.

Ancaq Putin heç vaxt ölməyəcək. Onun sirri tibbi kartlarda saxlanılmır. O sirri yalnız onu müalicə edən həkim bilir. "Antimaydan" istəyir ki, biz ölək. Biz də onlara eynu şeyi arzu edirik.

Gəlin, Putinin ölümü ilə sevinməyək. Necə ki, bəziləri Boris Nemtsovun ölümünə sevinmişdilər.

Burada isə məqamın başqa siyasi çaları var. Putin ölməyib, siz ölübsünüz. Bəlkə düşünürsünüz ki, onun ölümü sizi azadlığa çıxaracaq. Bəlkə düşünürsünüz ki, onun ölümü ölkədə demokratikləməyə səbəb olacaq, sosial inkişaf gedəcək.
Putin sağdır. O, bütün istəklərinə nail olub.

Putin heç vaxt ölməyəcək, çünki siz də onun ölümünü gözləyə-gözləyə yaşayacaqsınız. Sizin hər biriniz Putinsiniz".
image description