Anqolada daşqınlar- 64 ölü

Anqolanın qərb bölgəsində daşqınlar nəticəsində 35-i uşaq olmaqla, 64 nəfər ölüb.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət ən çox paytaxt Luandadan 500 km aralıda yerləşən Lobitu şəhərinə ziyan vurub.

Adıçəkilən şəhərdə 119 ev və 8 məktəb dağılıb. Öz evlərini tərk etməyə məcbur olanlara çadırlar paylanır. Təbii fəlakət zonasında polis, hərbçilər, yanğınsöndürənlər və könüllülərin iştirakı ilə xilasedici işlər davam edir.