Rusiya Federasiyasının “itən” prezidenti Vladimir Putinin reytinqi xeyli yüksəlib. Rusiya Federasiyasının “itən” prezidenti Vladimir Putinin reytinqi xeyli yüksəlib.

“İtən” prezidentin reytinqi artdı

Rusiya Federasiyasının “itən” prezidenti Vladimir Putinin reytinqi xeyli yüksəlib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Joinfo" saytı İctimai Fikri öyrənən Ümumrusiya Mərkəzinin direktoru Valeri Fedorova istinadən yayıb.

Mart ayının 7-8-də Rusiyada aparılan sorğuların nəticəsində məlum olub ki, ölkə əhalisinin 90 faizi Putinin fəaliyyətini dəstəkləyir.

Bu isə ötən ildəkinə nisbətən xeyli yuxarı göstərici hesab edilir.


Mərkəzdən verilən xəbərə görə, Putinə xalqın inamı son 15 ildə ən yüksək həddə çatıb. 2005-ci ildə bu inam cəmi 45 faiz olub: "Rusiya prezidentinə olan inamın qalxması daha çox Krımın Rusiya ilə birləşdirilməsindən sonra baş verib".