Bərə qəzaya uğradı- 33 nəfər öldü, 12 sərnişin itkin düşdü

Myanmada bərənin qəzaya uğraması nəticəsində 33 nəfər ölüb, 12 sərnişin itkin düşmüş hesab olunur.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, göyərtəsində 214 sərnişinin olduğu bərə ötən gecə Myanmanın şərq sahilindəki Raykxan ştatı yaxınlığında batıb. Qəzaya səbəb bərənin həddindən artıq yüklənməsi bildirilir. Sərnişinlərdən başqa bərədə əlavə 129 ton yükün də olduğu qeyd edilir.

Qəzadan sonra 169 sərnişin xilas ola bilib. İtkin düşən sərnişinlərin axtarışı davam etdirilir.