Krım bu gün bayram edir – SƏBƏB (VİDEO)

Krım bu gün Rusiya ilə birləşdirilməsinin ildönümünü qeyd edir.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.

Düz bir il öncə mart ayının 18-də Krımın Rusiyaya birləşdirilməsi haqda sazişə imza atılıb.

Qeyd edək ki, Ukraynanın tərkibində olan Krım referendum vasitəsilə Rusiyaya daxil edilib. Həmin vaxt baş tutan referendumda yarımada əhalisinin 97 faizi "hə" cavabını verərək "tarixi haqsızlığı" bərpa etməyə çalışıblar.


Ancaq nə Ukrayna, nə də Qərb Krımı Rusiya ərazisi kimi qəbul edib.

Tədbirlə bağlı bu gün Krımda istirahət günü elan edilib və insanların küçələrə çıxaraq yürüş keçirəcəkləri gözlənilir.