Türkiyənin Bursa şəhərində faciə ilə nəticələnən yol qəzası baş verib. Türkiyənin Bursa şəhərində faciə ilə nəticələnən yol qəzası baş verib.

İtə görə 2 nəfər öldü, 3 nəfər yaralandı – Qəza

Türkiyənin Bursa şəhərində faciə ilə nəticələnən yol qəzası baş verib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Qəzaya isə avtomobilin qarşısına çıxan it səbəb olub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Hadisə İnegöldən Bursaya gedən yolda qeydə alınıb. 41 yaşlı Xəlil Aydının idarə etdiyi 16 JDT 98 nömrəli avtomobilin qarşısına it çıxıb. Sürücü iti vurmamaq üçün sükanı çevirib, bu zaman avtomobil idarəetməni itirərək qarşı tərəfə keçib və 39 yaşlı Öztürk Gündüzün idarə etdiyi 16 AAP 18 nömrəli avtomobilə dəyib. Nəticədə 16 JDT 98 nömrəli avtomobil tarlaya düşüb. Qəza nəticəsində hər iki avtomobildə ölən və yaralanan olub.

16 AAT 18 nömrəli avtomobildə olan 57 yaşlı Əmrə Özdəmir və 25 yaşlı Murad Gündüz hadisə yerində ölüb. Eyni avtomobildə olan Öztürk Gündüz və Songül Gündüz isə yaralanıb.

16 JDT 98 nömrəli avtomobilin sürücüsü Xəlil Aydının da yaralandığı deyilir.
Yaralılar İnegöl Dövlət Xəstəxanasına aparılıb.

Qəza zamanı maşınlardan sıçrayan parçalar Bursadan İnegölə tərəf gələn sürücü Seyfəddin Mutlunun idarə etdiyi 16 JDK 10 nömrəli avtomobilə dəyərək ziyan verib.
Qəzayla bağlı istintaq başlayıb.
image description image description image description image description image description image description