Rusiyanın məşhur satirik yazıçısı 82 yaşlı Arkadi Arkanov bu gün Moskva şəhərində dünyasını dəyişib. Rusiyanın məşhur satirik yazıçısı 82 yaşlı Arkadi Arkanov bu gün Moskva şəhərində dünyasını dəyişib.

Rusiyanın məşhur yazıçısı vəfat etdi – VİDEO

Rusiyanın məşhur satirik yazıçısı 82 yaşlı Arkadi Arkanov bu gün Moskva şəhərində dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.
Rusiya prezidenti Vladimir Putin bununla bağlı mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Yazıçı ilə vida mərasimi gələn həftənin 3-cü günü keçiriləcək. Onun Moskvada Vvedensk qəbristanlığında dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Arkadi Arkanov mart ayının 14-də xəstəxanaya yerləşdirilmişdi.
Arkadi Arkanov 1933-cü il iyun ayının 7-də Kiyev şəhərində anadan olub. O, 1957-ci ildə Seçenov adına Moskva 1-ci Tibb Universitetini bitirib. Arkanov çoxlu sayda kitabların müəllifidir. Onun pyesləri Satira teatrında tamaşaya qoyulub. O, "Gülüş ətrafında" və "Ağ tutuquşu" verilişlərinin aparıcısı olub.