İŞİD terrorçu qruplaşması İraqın cənub-qərbində Ənbar əyalətinin mərkəzi Ramadidə onlarla insanı qətlə yetirib. İŞİD terrorçu qruplaşması İraqın cənub-qərbində Ənbar əyalətinin mərkəzi Ramadidə onlarla insanı qətlə yetirib.

İŞİD əyaləti qan gölünə çevirdi - VİDEO

İŞİD terrorçu qruplaşması İraqın cənub-qərbində Ənbar əyalətinin mərkəzi Ramadidə onlarla insanı qətlə yetirib.

ANS PRESS-in məlumatına görə, terrorçuların bu dəfəki hədəfi hökumətin super gücü kimi tanınan "Qızıl Tümən" qüvvələri olub. Terrorçular mühafizə qüvvələrinin ən sıx olduğu yerlərdə kütləvi partlayışlar və intihar hücumları təşkil edib. Nəticədə onlarla əsgər ölüb. Rəsmi mənbələrin məlumatına əsasən, "Qızıl Tümən" qüvvələrinin toplaşdığı binaya 3 kamikadzenin idarə etdiyi bombalı maşınlar yaxınlaşaraq partladılıb. Nəticədə 8 mərtəbəli bina yerlə-yeksan olub.

Terrorçular əyalətdəki şüşə fabriki, elektrik santralı və başqa yelərə də bombalı hücumlar edib. Ümumilikdə əyalətə edilən hücumlar nəticəsində ən az 80 əsgərin öldüyü bildirilib.