“Qəzaya düşən təyyarədə 154 nəfər olub“ - Nəqliyyat naziri

“Qəzaya düşən Airbus320 sərnişin təyyarəsində 148 deyil, 154 nəfər olub”.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Fransanın nəqliyyat naziri Alan Vidali yayıb.
Bu faktı "France24" təsdiq edib.
Alınan son informasiyaya görə, 1991-ci ildə istehsal edilən təyyarə havada olarkən hündürlüyü itirib və qəzaya düşüb.
Qəzanın isə yerli vaxtla saat 10.47 radələrində təyyarənin havaya qalxmasından 46 dəqiqə sonra baş verdiyi deyilir.
Təyyarənin qəzaya düşdüyü yerin yaxınlığında cəsdlərin qoyulması üçün morq hazırlanıb.
Xilasedicilərin sözlərinə görə, qəza yerində təyyarənin çoxlu qalıqları və cəsədlər var.
Qəza zamanı ölənlər arasında 45 ispanın da olduğu dəqiqləşdirilib. Bu haqda İspaniyanın Baş nazirinin müavini deyib.
Almaniya kansleri Angela Merkelin də təyyarə qəzası ilə bağlı bəyanatı gözlənilir.