Yəmən prezidentinin ətrafındakı mənbələr Əbd Rabbo Mansur Hadinin ölkədən qaçması barədə xəbəri təkzib edib. Yəmən prezidentinin ətrafındakı mənbələr Əbd Rabbo Mansur Hadinin ölkədən qaçması barədə xəbəri təkzib edib.

Qaçan prezidentdən xəbər var

Yəmən prezidentinin ətrafındakı mənbələr Əbd Rabbo Mansur Hadinin ölkədən qaçması barədə xəbəri təkzib edib.


ANS PRESS xəbər verir ki, bu barədə "Al Arabya" qəzeti məlumat yayıb. Daha öncə isə Yəmən prezidentinin helikopterlə ölkəni tərk etdiyi barədə xəbər yayılmışdı. Xəbərə görə, Yəmən prezidenti Əbd Rabbo Mansur Hadi husitlərin Ədənə yaxınlaşmasını görərək öz iqamətgahını tərk edərək naməlum istiqamətə yox olub.

Məlumata görə, şiə üsyançılar - husitlər bu gün şəhərin 60 kilometrində yerləşən iri aviabazaya hücum ediblər. Son məlumatlara görə, üsyançılar şəhərin 40 kilometrliyinə yaxınlaşıblar. Şəhərdə dövlət qulluqçularına evə getmək göstərişi verilib. Şəhər sakinlərinin bəziləri silahlanıb.

Daha öncə bildirilmişdi ki, Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə çox sayda döyüş texnikası göndərir. Səudiyyə Ərəbistanının husitlərə qarşı hava zərbələri endirəcəyi də bildirilirdi.

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubunda "Əl-Qaida" hökm sürür, mərkəzdə isə prezident qüvvələri ilə husitlər arasında döyüşlər gedir.