“Germanwings” şirkətinə məxsus olan Airbus A320 sərnişin təyyarəsinin qəzaya uğramasında günahkar hesab edilən ikinci pilot Andreas Lyubitskinin evində axtarış aparılıb. “Germanwings” şirkətinə məxsus olan Airbus A320 sərnişin təyyarəsinin qəzaya uğramasında günahkar hesab edilən ikinci pilot Andreas Lyubitskinin evində axtarış aparılıb.

Alman pilotunun evi axtarıldı – Vacib dəlillər tapıldı (VİDEO)

“Germanwings” şirkətinə məxsus olan Airbus A320 sərnişin təyyarəsinin qəzaya uğramasında günahkar hesab edilən ikinci pilot Andreas Lyubitskinin evində axtarış aparılıb.



AZNEWS.AZ xəbər verir ki, 4 saat aparılan axtarış zamanı onun bir neçə kompüteri və sənədləri götürülüb.

Alman polisinin məlumatına görə, onun günahını sübuta yetirəcək bəzi dəlillər əldə edilib. Polis həmin dəlillərin nədən ibarət olduğunu açıqlamayıb.

Qeyd edək ki, mart ayının 24-də İspaniyanın Barselona şəhərindən Almaniyanın Düsseldorf şəhərinə yola düşən sərnişin təyyarəsi Fransanın cənubunda Alp dağlarında qəzaya düşüb. Nəticədə təyyarədə olan 150 nəfər faciəli şəkildə həlak olub.

Qəzadan bir az öncə əsas pilot kabinanı tərk edib, ancaq o, geri qayıdarkən içəridə olan ikinci pilot qapını açmayıb və təyyarə hündürlüyünü itirərək dağa çırpılıb.