Almaniyanın “Germanwings” şirkətinə məxsus olan Airbus A320 sərnişin təyyarəsini qəzaya uğradan ikinci pilot Andreas Lubitsin keçmiş sevgilisi danışıb. Almaniyanın “Germanwings” şirkətinə məxsus olan Airbus A320 sərnişin təyyarəsini qəzaya uğradan ikinci pilot Andreas Lubitsin keçmiş sevgilisi danışıb.

İkinci pilotun sevgilisi danışdı: “Onun psixi pozğunluğu var idi”

Almaniyanın “Germanwings” şirkətinə məxsus olan Airbus A320 sərnişin təyyarəsini qəzaya uğradan ikinci pilot Andreas Lubitsin keçmiş sevgilisi danışıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Almaniyanın "Bild" nəşri yayıb.

Lubitsin keçmiş sevgilisinin sözlərinə görə, Andreas qapalı bir insan olub: "O, özünü öldürməklə sistemi dəyişmək istəyirdi. Onun ümumiyyətlə psixi pozğunluğu var idi. Gecəyarısı durub "Biz düşürük" deyə qışqırırdı".

Qeyd edək ki, sevgililər qəzadan bir az öncə ayrılıblar. Andreas isə sevgilisini geri qaytarmaq üçün ona "Audi" markalı minik avtomobili alıb.

BBC telekanalının yazdığına görə, ikinci pilot Andreas Lubits Alp dağındakı qəza yerini yaxşı tanıyıb: "O, məzuniyyət vaxtı bu yerlərdə dincəlib. Hətta, Andreas bu ərazilərdə planerlə uçuşlar da həyata keçirib".

Ekspertlərin fikrincə, Andreas, çox böyük ehtimalla sevgilisindən ayrıldığına görə intihar etmək fikrinə düşüb.