Rusiyanın məşhur müğənnisi, 66 yaşlı Valeri Leontyev reanimasiyaya düşüb. Rusiyanın məşhur müğənnisi, 66 yaşlı Valeri Leontyev reanimasiyaya düşüb.

Valeri Leontyev reanimasiyaya düşdü - Konserti təxirə salındı

Rusiyanın məşhur müğənnisi, 66 yaşlı Valeri Leontyev reanimasiyaya düşüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "1-ci Ulyanovsk" portalı yayıb.

Leontyev mart ayının 28-da bu şəhərdə konsert keçirməyi planlaşdırıb. Leninsk memorialında baş tutacaq konsertin bütün biletlərinin satıldığı deyilir.

"Valerinin vəziyyəti çox pisləşdi və bu üzdən də reanimasiyaya aparıldı", - deyə konsertin təşkilatçılarından biri deyib.

Müğənninin konkret olaraq hansı xəstəlikdən əziyyət çəkdiyi haqda bilgi verilmir.