Türkiyənin Aydın şəhərində fəaliyyət göstərən bir ibtidai məktəbdə dəhşətli hadisə baş verib. Türkiyənin Aydın şəhərində fəaliyyət göstərən bir ibtidai məktəbdə dəhşətli hadisə baş verib.

7 yaşlı şagirdi ayaqyolunda boğmaq istədilər - FOTO

Türkiyənin Aydın şəhərində fəaliyyət göstərən bir ibtidai məktəbdə dəhşətli hadisə baş verib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Dərs vaxtı sinif müəllimi Nurhayat Nayırlıdan icazə istəyərək tualetə gedən birinci sinif şagirdi, 7 yaşlı R.K. adlı bir oğlan uşağı məktəbin xüsusi sinfində təhsil alan 12 yaşlı U.K. tərəfindən 40 sm uzunluğunda olan qırmızı rəngli iplə boğulub.

Hadisə dünən saat 11.40 radələrində Efelər Güzelhisar ibtidai məktəbində baş verib.

12 yaşlı uşaq çırpınmağa başlayan oğlanın əlini də dişləyib. Bu zaman tualetə gələn şagirdlərdən biri qorxu dolu o anlara şahidlik edib və vaxt itirmədən qaçaraq bu haqda müəllimə xəbər verib.


Qaça-qaça tualetə gələn müəllim Nayırlı R.K.-yı U.K.-nın əlindən alıb.

Hadisədən sonra U.K. tualetdən qaçıb. Məsələdən xəbərdar olan R.K.-nın anası oğlunu xəstəxanaya aparıb və sonra prokurorluğa gedərək məktəb rəhbərliyindən və müəllimdən şikayətçi olub.

Rayon Milli Təhsil şöbəsinin müdiri Pervin Törə isə "Hadisəni ən incə detallarına qədər araşdıracağıq" sözlərini deyib.