Azərbaycanlı matrosun qardaşı danışdı: “Onunla əlaqə yarada bilmirik”

“Qardaşımın xilas olunmasından xəbərim var, amma onunla əlaqə saxlaya bilməmişik”.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Oxot dənizində qəzaya uğrayan gəmidə matros işləyən İmaməddin Sadıqovun qardaşı Mirzə Sadıqov deyib. O bildirib ki, qardaşı İmadəddin Saxalində yaşayır:

"İmaməddin həmin gəmidə matros kimi çalışırdı. Gəminin batması ilə bağlı xəbər aldıq. Bizə qardaşımın adının xilas edilənlərin siyahısında olduğunu deyiblər. Lakin onun özü ilə əlaqə saxlaya bilməmişik".

Qeyd edək ki, ilkin məlumata əsasən gəmidə olanlardan 63 nəfəri xilas edilib. Gəminin heyət üzvləri arasınd