Şimali Koreya ABŞ-ı təhdid etdi

Şimali Koreya ABŞ-ı təhdid edib. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə Şimali Koreya qitələrarası ballistik raketə sahib olduğunu və nəinki regionda hətta ABŞ-da yerləşən hədəfləri belə vura biləcəyini deyib. Bu barədə məlumatı ölkənin mərkəzi kanalı yaysa da, raketin konkret texniki göstəriciləri barədə heç bir informasiya verməyib.

Qeyd edək ki, Şimali Koreyanın bu cür bəyanatlar verməsinə səbəb Cənubun ABŞ-la uzaq mənzilli raket sahəsində əməkdaşlığıdır. Belə ki, Cənubi Koreya ilə ABŞ 800 km məsafədə yerləşən hədəfləri vurmaq iqtidarında olan ballistik raket istehsalına başlayır. Şimali Koreya isə bu cür əməkdaşlığı milli təhlükəsizliyinə təhlükə hesab edir.

Sadiq Musa
AzNews.az