Belçikanın sabiq nazirlərindən birinin meyti tapılıb. Belçikanın sabiq nazirlərindən birinin meyti tapılıb.

Keçmiş nazir su kanalında ölü tapıldı

Belçikanın sabiq nazirlərindən birinin meyti tapılıb.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, Belçikanın sabiq Dövlət naziri olan Stiv Stiverin meyisi Hasselt şəhərindəki su kanalından aşkar edilib.

Sabiq nazir, eyni zamanda Flaman Sosialist Partiyasının sabiq rəhbəri olan 51 yaşlı Stiverin velosipedi və paltarları Albert su kanalının kənarında görülüb və daha sonra axtarışlara başlanılıb. Nəticə isə ürəkaçan olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki Stiv Stiver 1999-2003-cü illərdə Flaman bölgəsi üzrə Nəqliyyat naziri vəzifəsində çalışıb.