ABŞ polisi Baltimor şəhərindəki qarşıdurmalar zamanı 38 nəfəri saxlayıb. ABŞ polisi Baltimor şəhərindəki qarşıdurmalar zamanı 38 nəfəri saxlayıb.

ABŞ-da polis 38 nəfəri saxladı

ABŞ polisi Baltimor şəhərindəki qarşıdurmalar zamanı 38 nəfəri saxlayıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Associated Press" agentliyi yerli polis idarəsinin rəsmisi Cerron Ceksona istinadən yayıb.

Məlumata görə, 15 nəfər isə komendant saatını pozduğuna görə tutulub.

Qeyd edək ki, qaradərili gənc Freddi Qreyin ölümündən sonra Baltimorda vəziyyət xeyli gərginləşib.

Hazırda ölkənin bir çox şəhərlərində qaradərililər küçələrə axışaraq etiraz mitinqi keçirirlər. Bu isə istər-istəməz polislə qarşıdurmaya səbəb olur.